Gəncə şəhərində internet çəkən fəhlə yıxılaraq ağır xəsarət alıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 10-da baş verib. Gəncə şəhərində fəaliyyət göstərən “Birlink” şirkətində fəhlə işləyən Qalib Quliyev günorta radələrində şirkətə məxsus internet xətti üçün nəzərdə tutulan dirəyin yuxarı hissəsində işləyən zaman ehtiyatsızlıqdan yıxılaraq baş-beyin silkələnməsi xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən Q.Quliyevin vəziyyəti ağırdır. Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
***
Sözügedən şirkət məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama göndərib:
"Xəbər ilə əlaqədar olaraq bildiririk ki, Gəncə şəhərində montaj işləri zamanı xəsarət alan Gəncə şəhər sakini Qalib Quliyev adlı şəxs “Enginet” şirkətinin əməkdaşı deyil. Həmin ərazidə şirkətimizin internet şəbəkəsini quraşdırılması işləri xidməti müqavilə əsasında fəaliyyət göstərən podratçı tərəfindən həyata keçirilir və xəsarət alan şəxs həmin podratçı tərəfindən işə cəlb edilib.
Şirkətdən bildirilib ki, müəyyən əməkdaşları tərəfindən yüksəklikdə görülən işləri nəzərə alaraq beynəlxalq standartlara uyğun təhlükəsizlik tədbirləri görülür".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər