“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Gəncə gənclərinin ölkə başçısı, partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini , Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, Gəncənin çiçəklənməsi naminə gənclərin hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.
Sonra görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-ci il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupunun yaradılması, dünya gənc alimlərinin Gəncədə forumunun keçirilməsi, Gəncədə mədəniyyət günlərinin, gənc rəssamların sərgisinin təşkil edilməsi, məktəblərdə valideyn şuralarının yaradılması, məktəb kitabxanalarının zənginləşdirilməsi və digər mühüm məsələlərlə bağlı müraciətlər səslənib.
Son xəbərlər
Son Xəbərlər