Gəncədə Gənclər Günü ilə bağlı tədbir keçirildi - Fotolar

gencede-gencler-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 2495

Gəncədə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.
 
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
 
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qeyd olunub ki, 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı olub. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev, əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəldib. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir.
 
Rəsmi hissənin sonunda Gəncə şəhərinin ictimai həyatında fərqlənən gənclər “Təşəkkürnamə”lərlə təltif olunublar.
 
Tədbir gənclərin ifasında səsləndirilən şeir və musiqi nömrələri ilə davam edib.