"Qafqazinfo"ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbir iştirakçıları tərəfindən Azərbaycanın Dövlət himni canlı ifa edilib. Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqil Azərbaycan gənclərini bayram münasibəti ilə təbrik edib, və onlara daha parlaq və uğurlu gələcək arzulayıb. İcra başçısı qeyd edib ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi hərtərəfli diqqət və qayğı, onlara verilən geniş imkanlar gənclərin inkişafına , onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanmasına geniş şərait yaradıb. Gənclər cəmiyyətin aparıcı qüvvəsi olmaqla, dövlətçiliyimizin möhkəmləndirilməsində, Vətənimizin tərəqqisində , dünya miqyasında nüfuzunun artmasında çox böyük fəallıq göstərirlər.
Sonda 2014-cü ilin yekunlarına əsasən idman, elm, mədəniyyət sahələrində, ictimai həyatda göstərdikləri fəallığa görə bir qrup gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər