Gəncədə güclü külək yanğına səbəb oldu - Yenilənib

gencede-guclu-kulek-yangina-sebeb-oldu
Oxunma sayı: 2697

Gəncədə yanğın olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində, keçmiş Xalça kombinatının sahəsində baş verib.

Elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verən yanğın yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınır.

Güclü külək nəticəsində şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Qərb bölgəsində külək əsməkdə davam edir.

***

FHN-in yaydığı məlumata görə, Gəncə şəhəri, Atatürk prospektində fəaliyyət göstərməyən xalça kombinatı və tikiş fabrikinin ərazisində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində 300 m² sahədə kol-kos və məişət tullantıları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Elmar Əli