"Qafqazinfo" xəbər verir ki, minlərlə şəhər sakini bayramı qeyd etmək üçün park-kompleksin qarşısındakı Zəfər tağından Heydər Əliyev Mərkəzinədək olan fəvvarələr alleyasına toplaşıb. Tədbir Gəncə şəhər Birləşmiş Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturası ilə başlayıb. Sonra «Göygöl» Dövlət Mahnı və Rəqs ansamblının ifası ilə davam etdirilib. Gəncə Dövlət Dram Teatrı aktyorlarının təqdim etdiyi «Allah səni öz nurundan yaradıb» bədii kompozisiya tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Park-kompleksin bəzədilməsi üçün pavilyonların hazırlanmasında istifadə edilən güllərin içərisində qızılgül, gerver, fion, çitgülü, qərənfil, çobanyastığı və sair güllər çoxluq təşkil edib. Gül bayramında Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran toplulardan ibarət kitab sərgisi, onun şəkil və portretləri, rəsm və dekorativ sənət nümunələri sərgilənib.
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamika Balavadze, şəhərin icra strukturlarının, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri alleyanı gəzərək musiqi kollektivlərinin, uşaq tərbiyə müəssisələrinin balaca sakinlərinin təqdim etdikləri rəngarəng çıxışlarına baxıblar.
Gül bayramı Heydər Əliyev Park-Kompleksindəki amfiteatrda mərhum prezidentin anadan olmasının 92 illiyinə həsr olunmuş geniş proqramla maraqlı konsertlə davam edib. Tədbirdən sonra möhtəşəm atəşfəşanlıq olub.
Son xəbərlər
Son Xəbərlər