“Qafqazinfo” xəbər verir ki, Park-kompleksin girişindən, yəni, “Zəfər Tağı” abidəsindən başlayaraq düzulmuş xüsusi pavilyonlarda əl işləri sərgilənəcək, hər tərəf güllə bəzədiləcək. Şəhərin ən böyük 50 dən artıq təşkilatı bu bayramda təmsil olunacaq. Əvvəlcədən elan olunmuş xüsusi nominassiyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan təşkilatlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin ulu öndərimiz Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə təşkil etdiyi konsertdə səhnəni Türkiyənin tanınmış müğənniləri Hadisə və Mustafa Ceceli paylaşacaq. Konsert AzTv tərəfindən canlı yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər