Gəncədə günün ikinci yanğını, 11 nəfər zəhərləndi - Fotolar

gencede-gunun-ikinci-yangini-11-nefer-zeherlendi
Oxunma sayı: 2469

Gəncə Dövlət Regional Kollecində yanğın olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qeydə alınan qısaqapanmadır. Hadisə nəticəsində 11 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

***

TƏBİB-dən verilən məlumata görə, yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. 

Onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. 

Zəhərlənənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.

Qeyd edək ki, günün birinci yarısında Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında da yanğın baş verib.

Yunis Quliyev