Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayl Zeynalov şəhər rəhbərliyinin salamlarını, bayram təbrikini hərbiçilərə çatdırıb, onları bayram münasibəti ilə təbrik edərək, şərəfli xidmətlərində uğurlar arzulayıb. Bildirib ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti durmadan artır, ordu quruculuğunda da böyük uğurlar əldə edilir. Bu gün Azərbaycanın Silahlı Qüvvələri hər cür döyüş əməliyyatlarını yerinə yetirməyə, çevik idarəetmə sisteminə malik olan bir strukturdur. Sonra hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbiçilərdən bir qrupuna Fəxri fərmanlar təqdim edilib. Hərbiçilərə gətirilən qiymətli hədiyyələr,sovqatlar- yaşıl səmənilər,şirniyyatlar,əlvan bayram xonçaları onların hər birinə yüksək əhval-ruhiyyə bəxş edib.
Son xəbərlər
Son Xəbərlər