“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Respublika Hərbi Prokurorluğunun əməkdaşı, Ədliyyə polkovnik-leytenantı Mehdi Hüseynzadə, Gəncə şəhər hərbi prokuroru, Ədliyyə polkovniki Əmrah Mehdiyev, şəhər rəsmiləri, zabit və
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq, əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, onlara Vətənə, xalqa, dövlətçiliyimizə layiqli xidmətlərində uğurlar, səadət və xoşbəxtlik arzulayıb.
Respublika hərbi prokuroru, Ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.
İcra başçısı qeyd edib ki, hərbi büdcə ildən –ilə artır, hərbi qulluçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycanın Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlarına uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. İcra başçısının çıxışından sonra xidmətdə fərqlənən əsgərlərin bir qrupuna hədiyyələr təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər