Gəncədə hesabat yığıncağı - Fotolar

gencede-hesabat-yigincagi
Oxunma sayı: 659

Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda 3 ayın statistik göstəricilərinə nəzər salınıb, görülməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə dinamik inkişaf davam etməklə 2017-ci ilin birinci rübü ərzində bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71 milyon 641,6 min manatlıq sənaye məhsulu istehsal olunub.

Elmar Vəliyev qeyd edib ki, Gəncə Cihazqayırma zavodu" ASC-də, "Azəri Ərəboğlu", "DET.AL Alüminium" MMC-də, "Neon" firmasında, "Gəncə Şərab-2" ASC-də, "Asmet LTD" MMC-də, "Sem-San" ş Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı irkətində artım müşahidə olunub. Bu müəssisələr tərəfindən 2016-cı ilin birinci rübü ilə müqayisədə əlavə olaraq 14,0 milyon manatdan çox məhsul istehsal olunub.

Tədbirdə qeyd edilib ki, Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib və bu ilin birinci yarım illiyində istifadəyə verilməsi nəzərdə tutulub, Cavad xan küçəsi, 34 ünvanda yeddimərtəbəli, ümumi sahəsi 5 min 586 kv. metr olan "Majestik" mehmanxanasının və ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli "Otel Univermaq"ın inşası davam etdirilir, 9, 14, 18, 26 və 33 saylı marşrutlarda maye qazla işləyən kiçik tutumlu mikroavtobuslar orta tutumlu "İsuzu" markalı müasir avtobuslarla əvəz edilib, Gəncə Beynəlxalq Hava Limanından 2017-ci ilin əvvəlindən hava nəqliyyatı ilə 17 min 383 nəfər sərnişin daşılıb, 256,6 ton yük göndərildiyi və bu dövrdə hava gəmiləri ilə 142 uçuş həyata keçirilib.

2017-ci ilin birinci rübündə açılmış daimi iş yerlərindən 2,5 faizi yeni, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 71,3 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yaradıldığı qeyd edilən tədbirdə bildirilib ki, 2017-ci ilin 3 ayı ərzində Qaz İstismar Sahəsi tərəfindən istehlakçıların istifadə etdiyi mavi yanacağın uçotunun aparılması üçün "İtron" tipli 30 ədəd qaz sayğacı quraşdırılmış, 2 min 989 ədəd qaz sayğacı isə yeni sayğacla əvəz edilib.