Gəncədə hesabat yığıncağı keçirildi - - Fotolar

gencede-hesabat-yigincagi-kecirildi-
Oxunma sayı: 1037


"Qafqazinfo"ya daxil olan məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin birinci rübündə də iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Ümumi istehsalın 88,9 faizi sənaye məhsulu istehsalının, 11,1 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 92 faizini təşkil edərək 33 milyon 310 min manat olub. 

Yığıncaqda əhaliyə göstərilən elektrik enerjisi, qaz, su, rabitə xidmətləri səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb. 

Məruzə ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələrlə bağlı idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.