Gəncədə ictimai müzakirə keçirilib

gencede-ictimai-muzakire-kecirilib-
Oxunma sayı: 1485

"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İslahatçı Gənclər" İctimai Birliyi "Vətən mənə oğul desə nə dərdim..." adlı Milli Qəhrəmanların və vətənpərlik hisslərinin təbliği ilə bağlı ictimai müzakirə keçirib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, politoloq Əhməd Şahidov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinn sədri Turan Məmmədzadə, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri Nihad Allahyarlı, AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu və gənclər iştirak ediblər.

Kənan Məmmədov Gəncənin 2016 –ci il Avropa Gənclər Paytaxtı olması ilə belə əhəmiyətli tədbirlərin məhz Nizami yurdunda keçirilməsinin əhəmiyyətindən danışıb. 

Fərid Şahbazlı bildirib ki, Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. 

Əhməd Şahidov, Fəxrəddin Həsənzadə, Turan Məmmədzadə. Nihad Allahyarlı, Cahid İsmayıloğlu və gənclər Milli qəhrəmanlarımızın təbliğinin, onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini qeyd ediblər.