Gəncədə yol qəzası baş verib.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində “Nissan Sunny” markalı avtomobillə “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-nin sərnişini, Gəncənin Sədi küçəsi ev 16 ünvanında yaşayan 16 yaşlı Günel Cəfərova xəsarət alıb.
Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. Ona sol gicgah nahiyəsinin göz yuvasına yaxın hissəsinin çapılmış yaralanması diaqnozu qoyulub. Xəstəyə tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Son xəbərlər
Son Xəbərlər