Gəncədə iki nəfərin öldüyü qəzanı orta məktəb şagirdi törədib - Təfərrüat

gencede-iki-neferin-olduyu-qezani-orta-mekteb-sagirdi-toredib
Oxunma sayı: 7425

Gəncədə ağır qəzanın təfərrüatı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan piyada, 13 yaşlı Nazlı İbrahimovanı vurub.

Bundan sonra “Mercedes”in idarəetməsini itirən N.Əlizadə maşını yol kənarındakı ağaca çırpıb.

Nəticədə piyada və sürücü ölüb, 17 yaşlı Elcan Əliyev, 18 yaşlı Cavid Kazımov və 17 yaşlı Bayramov İlkin xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

Həmçinin oxuyun: Gəncədə ağır qəza, ölənlər və yaralananlar var - Fotolar+Video