Gəncədə iki qardaş bıçaqlandı

gencede-iki-qardas-bicaqlandi
Oxunma sayı: 1878

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı - 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qardaşları Göygöl rayonunun Murovdağ qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.

M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.