Gəncədə iki “VAZ” toqquşub, ölən və yaralananlar var

gencede-iki-vaz-toqqusub-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1055

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhərin Şah İsmayıl Xətai prospektində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

İki nəfər- Şəmkir rayon Mehirli kənd sakini 1977-ci il təvəllüdlü Həsənov Sakit Mirzalı oğlu və Gəncə şəhər sakini1988-ci il təvəllüdlü Alıyev Ceyhin Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli