Gəncədə inək sahibini xəstəxanalıq etdi

gencede-inek-sahibini-xestexanaliq-etdi
Oxunma sayı: 1769

Gəncədə inək sahibinin gözünə ağır xəsarət yetirib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Əhməd Cavad küçəsində, ev 68-də baş verib. Orada yaşayan 1978-ci il təvəllüdlü Əliyev Səmərqənd Musa oğlu saxladığı iribuynuzlu heyvana yem verən zaman inək buynuzu ilə onun sol gözünə xəsarət yetirib. Kişi dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta-ağırdır.

Elmar Əli