"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyadan gətirilmiş itlər nümayiş etdirilib.
Standartlarda itin xarici görünüşü və özünüaparma qaydası müəyyənləşdirilib. Bu standartlara cavab verən itlər müsabiqənin final mərhələsinə vəsiqə alıb və birincilik uğrunda mübarizə aparıblar. Gürcüstandan gətirilən Qafqaz çoban iti müsabiqənin qalibi olaraq, sərginin “ən yaxşı iti” titulunu qazanıb və mükafata layiq görülüb. Yarışma-tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla izlənilib.
Qeyd edək ki, itlərin sərgi- müsabiqəsi Gəncədə ikinci dəfədir ki, keçirilir.
Son xəbərlər
Son Xəbərlər