Gəncə şəhər Müseyib Bağırov küçəsində yerləşən, ümumi sahəsi 92 kvadratmetr olan ikimərtəbəli kafedə yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində Hüseynov Hüseyn Şamil oğluna məxsus kafe bütünlüklə yanıb.
Əraziyə 5 yanğınsöndürən 40-a yaxın canlı qüvvə cəlb olunub.
Yanğının iki saata yaxın davam etdiyi və səhər saatlarında söndürüldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev