Gəncədə keçmiş hərbi hissədə yanğın

gencede-kecmis-herbi-hissede-yangin
Oxunma sayı: 1650

Gəncədə keçmiş hərbi hissələrdən birində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hazırda anbar kimi istifadə olunan obyektdə yanacaq daşıyan maşında başlayıb.

Yanğının miqyasının geniş olmadığı bildirilir. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, sözügedən obyekt vaxtilə Gəncədə fəaliyyət göstərən N saylı hərbi hissənin tərkib hissəsi olub. Hazırda isə anbar kimi istifadə edilir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Gəncə şəhəri Sevinc qəsəbəsində yanacaq daşıyan avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur.

Amin Nəzərli