Gəncədə Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyüldü

gencede-kelbecer-polis-sobesinin-emekdasi-doyuldu
Oxunma sayı: 2128

Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.