Gəncədə kişi həyat yoldaşına butulka ilə xəsarət yetirdi

gencede-kisi-heyat-yoldasina-butulka-ile-xesaret-yetirdi
Oxunma sayı: 1894

Gəncədə kişi ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib.

"Qafqazinfo"nun məlumatına görə, 1994-cü il təvəllüdlü S. İ. ayaq nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən şüşə butulka ilə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli