Gəncədə həyat yoldaşını benzinlə yandıran kişi saxlanıldı - Fotolar+Yenilənib

gencede-heyat-yoldasini-benzinle-yandiran-kisi-saxlanildi
Oxunma sayı: 7778

Gəncədə qadın yanıq xəsarətləri alıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.

Saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.

Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub. Qeyd edək ki hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.