Gəncədə kişi meyiti tapıldı

gencede-kisi-meyiti-tapildi
Oxunma sayı: 1442

Gəncədə kişi meyiti aşkar edilib.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, saat 22 radələrində Gəncə şəhərinin mərkəzində naməlum kişi meyiti aşkar olunub.

Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb.

Əraziyə polis əməkdaşları və TTYX-nın həkimləri cəlb olunub.

Hadisənin səbəbi və ölən şəxsin kimliyi aparılacaq araşdırmalardan sonra mıəlum olacaq.