Gəncədə kişi sevgilisini bıçaqlayıb

gencede-kisi-sevgilisini-bicaqlayib
Oxunma sayı: 3671

Gəncə şəhərində kişi münasibətdə olduğu qadını bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 30 yaşlı İlqam Əliyev qısqanclıq zəminində qonşusu, 29 yaşlı R.N-i bıçaqlayıb. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, İ.Əliyevlə həmin qadın arasında sevgi olub, son günlər onların münasibətləri korlanıb. 

İ.Əliyevin hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Murad Əhməd