Gəncədə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub

gencede-kompleks-telim-proqraminin-resmi-acilisi-olub
Oxunma sayı: 813


“Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında baş tutan görüşdə “Azərsu” ASC-nin məsul işçiləri, Gəncə şəhərinin ziyalıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Gəncə şəhərində möhtəşəm  “Heydər Əliyev Mərkəzi və Park Kompleksi” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətləri ilə bağlı video çarx izləndikdən sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov açılış nitqi söyləyib.

“Azərsu” ASC-nin sədrinin istismar üzrə müavini Köçərli Həsənov, ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov çıxış edərək bildiriblər ki,  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran kompleks tədbirlər planının, o cümlədən geniş miqyaslı layihələrin icrasında beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadəni əsas götürür.Bunları nəzərə alaraq Cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq  ölkə daxilində və xaricdətəşkil olunan təlimlərə cəlb edilirlər.