Gəncədə keçmiş president Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, H. Əliyevin abidəsini ziyarət etdikdən sonra onun həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” adlı qısametrajlı film izlənilib. Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev H. Əliyevin həyat və fəaliyyəti barədə danışaraq, çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində böyük rəhbərin müstəsna xidmətləri olduğunu bildirib.
Konfransda ATU-nun inzibati idarəetmə kafedrasının baş müəllimi Ulduz Babayeva “XX yüz illiyin dahi azərbaycanlısı”, GDU-nun YAP ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə “Heydər Əliyev və Azərbaycanın inkişaf strateqiyası”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müəllimi Sevda Abdullayeva “Heydər Əliyev və multikultiralizm”, ATU-nun menecment kafedrasının baş müəllimi Nicat Nəsirli “Heydər Əliyevin siyasi fəlsəfəsində milli iqtisadi inkişaf modeli”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müdiri Azad Bayramov “Heydər Əliyev və aqrar islahatlar”, AMEA-nın Gəncə bölməsinin baş mütəxəssisi Elnur Həsənov “Heydər Əliyev və Gəncə” mövzuları ilə çıxış ediblər.
Natiqlər bildiriblər ki, Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətdir, onun ideyaları bu gün də yaşayır.


Son xəbərlər
Son Xəbərlər