Gəncədə külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Foto

gencede-kulek-agaclari-elektrik-xetlerinin-uzerine-asirdi
Oxunma sayı: 2078

Qərb bölgəsində əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

"Qafqazinfo"nun xəbərinə görə, bu gün axşam saatlarında Gəncədə yağışla müşahidə olunan külək əsib. Təbiət hadisəsi zamanı bir neçə küçədə ağaclar tikililərin və elektrik xətlərinin üzərinə aşıb. Nəticədə bəzi ərazilərdə enerji təminatında fasilələr yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Analoji təbiət hadisəsi ətraf rayonlarda da müşahidə olunub. Gədəbəyin bəzi yaşayış məntəqələrinə dolu yağıb. 

Elmar Əli