Gəncədə kütləvi dava - 22 yaşlı oğlan bıçaqlandı

gencede-kutlevi-dava
Oxunma sayı: 2463

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.  

"Qafqazinfo" teleqraf.com-a istinadən xəbər verir ki, hadisə şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə bir qrup gənc arasında dava olub.

Dava zamanı Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.  İlkin Hümbətov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.  

Faktla bağlı cinayət işi başlanıb.