Gəncədə leysan- - İşıq kəsildi

gencede-leysan-
Oxunma sayı: 1848


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

“Azərişıq” ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyət yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçib.