Gəncədə maşın ağaca, daha sonra isə piyadalara çırpıldı - Yaralılar var+Fotolar

gencede-masin-agaca-daha-sonra-ise-piyadalara-cirpildi
Oxunma sayı: 2051

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Əziz Əliyev prospektində hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə ağaca, daha sonra isə yolun kənarında olan iki piyadaya çırpılıb. Qəza zamanı sürücü - 1995-ci il təvəllüdlü Anar Əsədov və piyadalar - 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maqsud Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli