Gəncədə maşın iki piyadanı vurdu

gencede-masin-iki-piyadani-vurdu
Oxunma sayı: 1175

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “Lexsus” markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Xəsarət alan piyadalar dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.