Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ-2106” markalı maşınla “BMW” markalı avtomobil toqquşub. Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talib Cabbarov ölüb.
Avtomobildə olan həyat yoldaşı və qızı 2006-cı il təvəllüdlü Gülnarə Cabbarova xəstəxanaya çatdırılıb.
Onların müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər