Gəncədə maşınlar toqquşdu - Ölən var+Fotolar-Yenilənib

gencede-masinlar-toqqusdu
Oxunma sayı: 3579

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan "Prado " ilə "Xəzər" markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza zamanı bir nəfər dünyasını dəyişib.

Qəzaya səbəb yağmurlu hava şəraiti olub.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Yaşar Ələkbərov dünyasını dəyişib.

Yunis Quliyev

Fotoda:Yaşar Ələkbərov