Gəncədə mebel sexində yanğın baş verib.
“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində Göz xəstəxanasının yaxınlığında yerləşən sexdə qeydə alınıb.
Yanğın nəticəsində sex tamamilə yanaraq külə dönüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma sahibkara külli miqdarda ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, bəlli deyil.
Yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Artıq alovun qarşısı tamamilə alınıb.
Son xəbərlər
Son Xəbərlər