“Qafqazinfo”nun məlumatına görə, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə baş tutan görüşdə prezident İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın önəmi, dövlətin bu sahəyə göstərdiyi diqqət, KİV nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqəmətində atılan addımlar yüksək dəyərləndirilib. Bu diqqətin qərb regionunda da hiss edildiyini, prezidentin son sərəncamı ilə mükafata layiq bilinən jurnalistlərdən 2-nin Gəncədən olduğu məmnunluqla qeyd edilib.
Gəncədə, eləcə də bölgədə baş verən hadisələrə çevik və obyektiv reaksiya göstərdikləri üçün media işçilərinə təşəkkür elan edilib.
Həmçinin bir qrup jurnalist şəhərin ictimai həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunub.
Son xəbərlər
Son Xəbərlər