Gəncədə məhbus özünə xəsarət yetirdi

gencede-mehbus-ozune-xesaret-yetirdi
Oxunma sayı: 3078

Gəncədə məhbus mismarla özünə xəsarət yetirib. 

"Qafqazinfo"nun xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan Qazax rayon sakini, 32 yaşlı Vüsal Rəhimov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə V. Rəhimov mismarla özü özünə xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli