Gəncədə məhkəmə binasında yanğın başlayıb.
“Qafqazinfo"nun məlumatına görə, şəhərin Atatürk prospektində yerləşən Nizami rayon məhkəməsinin üst mərtəbəsində yanğın baş verib.
Əraziyə FHN-nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
***
Məhkəmə binasında baş verən yanğın söndürülüb.
Yanğın binanın üçüncü mərtəbəsində, ağır cinayətlərə dair məhkəmənin aparıldığı zalda qeydə alınıb.
Hadisə yerinə FHN-in 5 avtomobili və 30-a yaxın canlı qüvvəsi cəlb olunub.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər