Gəncədə məktəbin açılışı oldu- - Fotolar

gencede-mektebin-acilisi-oldu-
Oxunma sayı: 2068


 “Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək yeni binanın açılışının gözəl bir günə təsadüf etdiyini qeyd edib və Azərbaycanda elmin və təhsilin inkişafına daim diqqət göstərən Heydər Əliyevin ad günü ərəfəsində istifadəyə verilən bu yeni korpusun həm müəllim, həm də şagirdlər üçün qiymətli hədiyyə olduğunu diqqətə çatdırıb.

  Şəhərdə aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev daha sonra qeyd edib ki, hazırda Gəncənin bir çox məktəblərində də əsaslı təmir işləri aparılır. II Dövlət Proqramına uyğun olaraq 4 saylı məktəb üçün 1000 yerlik, 39 saylı məktəb üçün 1200 yerlik yeni tədris korpusunda inşaat işləri başa çatmaq üzrədir. Növbəti əsaslı təmir işləri isə 41 və 44 saylı məktəblərdə, eləcə də 5 peşə liseyində davam etdirilir.