Gəncədə “Mercedes” 3 qadını vurdu

gencede-mercedes-3-qadini-vurdu
Oxunma sayı: 2116

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil şəhərin Şah İsmayıl Xətai prospektində yolu keçmək istəyən üç piyadanı vurub. 
 
Hadisə zamanı piyadalar - 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızı xəsarət alıb.

Piyadalar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli