Milli Mətbuatın yaranmasının 141-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncədə fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Elnur Rzayev mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arazulayıb.
O, bildirib ki, 141 il əvvəl böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatı çətin və şərəfli yol keçib. Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasında, xalqın dünyagörüşünün formalaşmasında önəmli rol oynayıb.
Elnur Rzayev vurğulayıb ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Gəncə şəhərində söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Çıxışlardan sonra “Milli Mətbuat Günü”nün yaranmasının 141-ci ildönümü münasibəti ilə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə bir qrup mətbuat nümayəndəsinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən imzalanmış “Fəxri Fərman”lar təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər