Gəncədə Milli Qurtuluş Günü ilə bağlı konfrans- - Fotolar

gencede-milli-qurtulus-gunu-ile-bagli-konfrans-
Oxunma sayı: 981

 

“Qafqazinfo” ya daxil olan məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti ilə Gəncə Dövlət Universitetinin birgə təşkil etdikləri və İran, Türkiyə, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyası alimlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq respublikamızın müstəqillik tarixində əhəmiyyətli rol oynayan 15 iyun hadisələrindən danışıb. İcra başçısı qeyd edib ki, həmin dövrdə baş verən hadisələr Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. 

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn dahi şəxsiyyət doğrudan da əsl müdriklik göstərərək Azərbaycanı bütün bəlalardan xilas etdi. Atəşkəs əldə edərək respublikanın dirçəlişi üçün böyük işlər görüb.

Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafı sahəsində gördüyü işlərdən danışıb, onun Azərbaycanın tərəqqisi üçün bu vacib sahənin yüksəlişinə göstərdiyi xidmətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.