Gəncədə Milli Qurtuluş Günü qeyd olundu - Fotolar

gencede-milli-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 3341

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, filarmoniyanın açıq səma altında olan səhnəsində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının nümayəndələri, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyevdən sonra isə bu siyasəti Prezident cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir.

Bayram konsertində Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Rəqs Ansamblının, o cümlədən Əməkdar artist Kəmalə Tağıyevanın, Filarmoniyanın solistləri Vasif Bayramovun, İlham Qasımovun, Rövşən Məmmədovun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.