Gəncədə mübahisə edən gənc bıçaqlandı - Şübhəli şəxs saxlanıldı+Yenilənib

gencede-mubahise-eden-genc-bicaqlandi
Oxunma sayı: 1432

Gəncədə bıçaqlanma olub.

"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Elçin Aydın oğlu döş qəfəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Əliyevin vəziyyəti orta ağır qiymətləndirilir. Onun mübahisə zəminində bıçaqlandığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

***

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Elmar Əli