“Qafqazinfo”ya daxil olan məlumata görə, BMT-nin insan hüquqları komissarlığının eksperti Sulyandziga Pavel, Selvanathan Puvan, İşçi qrupunun üzvü Hall Peter, Halsteen Urik və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qatıldığı görüşdə ikitərəfli əlaqələr müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb. İcra başçısı şəhərimizdə gedən yenidənqurma və abadlıq işlərinin insanların sosial həyatları üçün əhəmiyyətli olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər