“Qafqazinfo” ya daxil olan məlumata görə, səhər saatlarından başlayan iməcilikdə ətraf tullantılardan təmizlənib. Yeni-yeni ağaclar əkilib. Ağaclara və yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Yaşıllıqlar suvarılıb və yeni əkilən tinglərin dibləri bərkidilib.
21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərovun mətbuata açıqlamasına əsasən, əraziyə 5000-dən çox yeni şam ağacları əkilib. Səfərov bildirib ki, aksiya şəhərin bütün ərazilərində həyata keçirilir və bu kimi işlər gələcəkdə də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər