Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası- 2018” təşkil edilir. "Qafqazinfo"ya daxil olan məlumata görə, yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” Ticarət Kompleksində olub, “Novruz Bayramı Yarmarkası”nda qiymətlərlə, o cümlədən məhsulların keyfiyyəti ilə maraqlanıblar.
Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.
Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:
|
Un (50 kq) |
20,60 AZN |
|
Un (25 kq) |
10.60 AZN |
|
Un (10 kq) |
4.40 AZN |
|
Un (5 kq) |
2.30AZN |
|
Mal əti (kq-la) |
8 AZN |
|
Qoyun əti (kq-la) |
9 AZN |
|
Yumurta (ədədlə) |
0.10 AZN |
|
Kartof kq |
0.40 AZN |
|
Soğan kq |
0.30 AZN |
|
Makaron (1 kq) |
0.70 AZN |
|
Vermişel (1 kq) |
0.80 AZN |
|
Final çay |
1.88 AZN |
|
Limonad (ədədlə) |
0.20 AZN |
|
Alma (1 kq) Mandarin (1 kq) |
1 AZN 1.50 AZN |
|
Kolbasa (1 kq) Sosiska (1 kq) |
5 AZN 4.70 AZN |
|
Bizim Süfrə mayonez (500 q) |
1.87 AZN |
|
Supersun yağ. (1.200 q) |
5.30 AZN |


Son xəbərlər
Son Xəbərlər