Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası” təşkil edilir.
İH-dən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər. Bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarıldığı bildirilir.
Qeyd edək ki, “Novruz Bayramı Yarmarkası” Gəncədə hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.
(3).jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər