Gəncədə 14 yaşlı oğlunu döyən ata İlham Məmmədov saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə (qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən İlham Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilir.
Xatırladaq ki, 1972-ci il təvəllüdlü İlham Məmmədov videomaqnitafonun naqilinin yaddan çıxmasını əsas gətirərək 14 yaşlı oğlu R.nı taxta parçası ilə döyüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər